SİMA: Yeni Nəsil Rəqəmsal İmza
SİMA, bulud və üztanıma texnologiyalarından istifadə edən inqilabi bir rəqəmsal imza sistemidir. Mobil tətbiq vasitəsilə, evinizdən çıxmadan, sənəd toplamadan və növbədə gözləmədən, cəmi bir neçə dəqiqədə rəqəmsal imzanıza sahib ola bilərsiniz. Ən əhəmiyyətlisi isə, bu xidmət tamamilə ÖDƏNİŞSİZDİR.
SİMA artıq bir çox maliyyə, sığorta və dövlət elektron xidmət sistemlərinə inteqrasiya olunmuşdur. Bundan əlavə, "Digital Login" sistemi ilə də əlaqələndirilərək, müxtəlif dövlət və özəl qurumların xidmət portallarına rahat giriş imkanı təqdim edir.
SİMA ilə aşağıdakı xidmətlərdən yararlana bilərsiniz:
- Maliyyə Xidmətləri: Bank əməliyyatları (kredit, kart sifarişi, hesab açma, çıxarış alma, pul köçürmə), şəxsi kabinetə giriş və BOKT xidmətləri.
- Sığorta Xidmətləri: KASKO, həyat sığortası, müqavilə imzalanması və sığorta müraciətləri.
- Dövlət Elektron Xidmətləri: Güzəştli mənzil, elektron məhkəmə, E-Polis, Elm və Təhsil Nazirliyi və Dövlət Vergi Xidməti əməliyyatları.
- Digital Login: 80-dən çox portal və xidmətə giriş imkanı.
Məsələn, "PAŞA Bank" əməkhaqqı kartı sahibləri nağd kredit üçün müraciət edə, "Turan Bank"da əmanət yerləşdirə, "Yelo Bank"ın Yelo mobil tətbiqindən istifadə edə və "Digital Login" vasitəsilə bir çox xidmətə daxil ola bilərlər. İnteqrasiya prosesi davam edir və daha çox qurum əlavə olunacaq.
SİMA İmza üstünlükləri:
- İstifadəsi rahat və təhlükəsizdir.
- Tamamilə ödənişsizdir.
- Mobil tətbiqdə sürətli qeydiyyat.
- Elektron sənədlərin dərhal imzalanması.
- İmzanız hər zaman sizinlədir.
SİMA İmza mobil tətbiqini yükləyin, şəxsiyyət vəsiqənizi oxudun və üztanıma vasitəsilə kimliyinizi təsdiqləyin. Yeni nəsil rəqəmsal imzanıza sahib olun!